Rusiya-Ukrayna gərginliyi enerji qiymətlərini artırır

Hazırda oxunan: Rusiya-Ukrayna gərginliyi enerji qiymətlərini artırır

60103

Rusiya-Ukrayna gərginliyi enerji qiymətlərini artırmağa davam edir. 

Bizim.Media xəbər verir ki, Rusiya və Ukrayna arasında gərginlik səbəbindən enerji bazarlarında əmtəə qiymətləri artmaqda davam edir.  

Koronavirus epidemiyası ilə əlaqədar qlobal enerji bazarlarında bağlanmalar başa çatdıqdan sonra gözlənilmədən tələbat yüksəldi və bu, qiymətlərdə artış göstərdi. 

Rusiya və Ukraynanın müharibə astanasında olması enerji bazarlarında narahatlıq yaratmaqdadır. Enerji təchizatında böyük ölçüdə Rusiyadan asılı olan Avropada təbii qaz və yanacağın qiymətlərində artım davam edir. 

Moskva-Kiyev xəttində qaynar qarşıdurma gözləntilərinin artması ilə Avropada mart fyuçers sövdələşmələrində təbii qazın qiyməti bu gün 14% artaraq 88 avropa çatıb. 

Avropanın ən dərin çökəkliyinə malik Hollandiya mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də satılan mart fyuçers sövdələşmələrinin qiyməti keçən həftə təxminən 77 avro səviyyəsində bağlandı. 

Sözügedən ticarət nöqtəsində təbii qaz hazırda 85 dollardan satılır. Avropa istehlak etdiyi təbii qazın təxminən 40%-ni, yəni 175 milyard kub metrini Rusiyadan idxal edir. 

Rusiya isə bu qitəyə qazını əsasən Belarusiya bə Polşadan keçən Yamal-Avropa, Baltik dənizindən istifadə edən “Şimal Axını” boru kəmərləri və Ukrayna vasitəsi ilə göndərir. 

Avropa İttifaqı Komissiyasının rəsmiləri bildirirlər ki, üzv ölkələrin qaz idxalının 40%-i Rusiya, 38-39%-i isə Norveç tərəfindən qarşılanır. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin