İşğal edilməsi ən çətin ölkələr BƏLLİ OLDU

Hazırda oxunan: İşğal edilməsi ən çətin ölkələr BƏLLİ OLDU

600940

Yaxın Şərqdə davam edən gərginlik fonunda süni intellekt son 20 ilin hərbi və siyasi hadisələrini analiz edərək işğalı demək olar ki, qeyri-mümkün olan ölkələri sıralayıb.

Bizim.Media xəbər verir ki, coğrafi mövqe, müdafiə büdcəsi və cəmiyyətin müqavimət ruhu kimi faktorların nəzərə alındığı siyahı aşağıdakı kimidir:

ABŞ: Dünyanın ən böyük müdafiə büdcəsi (900 milyard dollar), okeanlarla əhatə olunmuş coğrafiya və xalqın yüksək silahlanma səviyyəsi.

Çin: Nəhəng ordu, hipersəs silahlar, güclü iqtisadiyyat və kütləvi xalq dəstəyi.

Rusiya: Dünyanın ən geniş ərazisi, sərt iqlim şəraiti, güclü nüvə arsenalı və partizan müharibəsi təcrübəsi.

İsveçrə: Alplarda müdafiə üstünlüyü, "Reduit" sistemi və əhalinin hərbi hazırlığı.

Hindistan: 1,4 milyardlıq əhali, Himalay dağları və nüvə gücü.

Türkiyə: Güclü daxili müdafiə sənayesi (Bayraktar, Hisar, Altay), PUA gücü, çətin coğrafiya və yüksək milli ruh.

İran: Hörmüz boğazı üzərində nəzarət, dağlıq ərazi və güclü müdafiə sənayesi.

Şimali Koreya: Cəmiyyətin tam hərbiləşmiş strukturu, yeraltı sığınacaqlar və nüvə silahları.

Yaponiya: Ada dövləti olması, qabaqcıl dəniz və hava müdafiə texnologiyaları.

Fransa: Nüvə sualtı qayıqları, NATO təhlükəsizliyi və sahil müdafiəsi imkanları.

Siyahının davamı:

11) Cənubi Koreya:
Yüksək hərbi texnologiya və şəhərlərin yeraltı infrastrukturu.

12) Almaniya: İqtisadi dayanıqlıq və texnoloji baza.

13) Pakistan: Nüvə silahı və sərt dağlıq sərhədlər.

14) Braziliya: Amazon meşələri və nəhəng ərazi.

15) İndoneziya: 17 mindən çox ada və strateji boğazlar.

16) Vyetnam: Meşəlik ərazilər və partizan müharibəsi təcrübəsi.

17) Polşa: NATO dəstəyi və ordunun sürətli modernizasiyası.

18) Meksika: Dağlıq və meşəlik ərazi, əhali sayının çox olması. (milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin