Dünyanın ən bahalı evi görənləri heyran etdi – FOTO

Hazırda oxunan: Dünyanın ən bahalı evi görənləri heyran etdi – FOTO

600932

Dünyanın ən bahalı evi qiyməti və dizaynı ilə görənləri heyran edir.

Bizim.Media xəbər verir ki, ultra lüks ev ABŞ-nin Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir.

Milyarderlər küçəsindəki ev dünyanın ən yüksək göydələni olan “Central Park Tower”in 129, 130 və 131-ci mərtəbələrini əhatə edən penthausdur.

Evin dəyəri isə 250 milyon dollardır (təx. 425 milyon AZN). Bu da hazırda dünyada bazar dəyəri ən yüksək olan ev deməkdir.
 

Müasir üslubda dizayn olunan evin daxili sahəsi 1629 kvadratmetr, xarici sahəsi isə 133 kvadratmetr təşkil edir.


Şəhərdən 431 metr yüksəkdə yerləşən evdə 7 yataq otağı, 11 hamam, iş otağı, mətbəx və həmçinin böyük şef mətbəxi daxildir. 

Evin üstün cəhətlərindən biri isə 360 dərəcə günəş işığı görməsidir. (Ölkə.Az)






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin