İtin qəribə davranışı sahibəsinin həyatını xərçəngdən XİLAS ETDİ

Hazırda oxunan: İtin qəribə davranışı sahibəsinin həyatını xərçəngdən XİLAS ETDİ

600903

Böyük Britaniyada yaşayan bir qadın bildirib ki, onun iti təhlükəli xəstəliyin vaxtında aşkar edilməsinə kömək edib.

Bizim.Media xəbər verir ki, Kent qraflığının Xedkorn kəndində yaşayan Kollin Ferqyusonun sözlərinə görə, onun İnka adlı alman çoban iti 2015-ci ildə qəfil qəribə davranmağa başlayıb.

Ev heyvanı davamlı olaraq sahibəsinin nəfəsini və ağız qoxusunu iyləyir, tez-tez onun üzünə yaxınlaşıb narahatlıq göstərirmiş.

Ferqyuson əvvəlcə itin bu davranışına ciddi əhəmiyyət verməyib. Lakin İnkanın bu hərəkətləri təkrarlandıqca qadın bunun təsadüfi olmadığını düşünərək həkimə müraciət etməyə qərar verib.
 

Aparılan tibbi müayinələr nəticəsində həkimlər qadının ağciyərində xərçəng xəstəliyinin erkən mərhələsini aşkar ediblər. Xəstəlik vaxtında müəyyən edildiyi üçün ona dərhal müalicə tətbiq olunub və bu da ciddi fəsadların qarşısını alıb.


Ferqyuson hesab edir ki, əgər iti İnka onun nəfəsini davamlı iyləyərək diqqətini çəkməsəydi, o, bəlkə də həkimə bu qədər tez müraciət etməzdi.

Mütəxəssislərin sözlərinə görə, itlərin qoxu duyğusu son dərəcə güclüdür. Araşdırmalar göstərir ki, bəzi hallarda itlər insan orqanizmində baş verən dəyişiklikləri – o cümlədən xərçəng kimi xəstəliklərin yaratdığı xüsusi qoxuları – hiss edə bilirlər. Buna görə də son illərdə bir sıra ölkələrdə itlərin xəstəliklərin erkən diaqnostikasında istifadə olunması ilə bağlı tədqiqatlar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin