“Boeing” İsrailə minlərlə yüksək dəqiqlikli bomba satacaq

Hazırda oxunan: “Boeing” İsrailə minlərlə yüksək dəqiqlikli bomba satacaq

600902

ABŞ-ın “Boeing” korporasiyası İsrail ilə kiçik diametrli və yüksək dəqiqlikli aviasiya sursatının böyük partiyasının tədarükü üzrə birbaşa kommersiya müqaviləsi imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
 

Məlumata görə, müqavilənin dəyəri təxminən 289–298 milyon dollar təşkil edir və onun çərçivəsində İsrailə 5 minə qədər “Small Diameter Bomb” (SDB) tipli ağıllı bomba tədarük ediləcək.


Bu sursatlar təyyarələrdən buraxılan yüksək dəqiqlikli bombalardır və 60 kilometrdən çox məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malikdir. Onlar əsasən hərbi obyektlər, bunkerlər və digər mühüm hədəflərin dəqiq zərbə ilə məhv edilməsi üçün istifadə olunur.

Bloomberg-in məlumatına görə, bu müqavilə birbaşa kommersiya satış formatında bağlanıb və hazırkı ABŞ-İsrail hərbi əməliyyatları ilə əlaqəli deyil.

Bildirilir ki, silahların tədarükünün təxminən 36 aydan sonra başlaması planlaşdırılır.

Mütəxəssislər qeyd edirlər ki, “Small Diameter Bomb” tipli bombalar kiçik ölçüsünə baxmayaraq yüksək dəqiqliyə malikdir və döyüş təyyarələrinə eyni uçuş zamanı daha çox sursat daşımağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin