İranla davam edən hərbi əməliyyatlar zamanı ABŞ ordusunun 150-yə yaxın hərbçisinin yaralandığı iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən yayıb.
Məlumata görə, yaralanan amerikalı hərbçilərin sayı Pentaqonun əvvəllər açıqladığı rəqəmlərdən xeyli çox ola bilər. Rəsmi məlumatlarda yalnız səkkiz ağır yaralı olduğu bildirilmişdi.
Reuters-in mənbələri isə müharibənin başlanmasından bəri yaralıların ümumi sayının təxminən 150 nəfərə çata biləcəyini qeyd edir.
Hazırda ABŞ Müdafiə Nazirliyi bu yeni məlumatla bağlı rəsmi açıqlama verməyib. Pentaqon Reuters-in təqdim etdiyi rəqəmləri hələlik şərh etməyib.
Bizim.Media





































































































