ABŞ İrandakı əməliyyata gündəlik nə qədər xərcləyir?

Hazırda oxunan: ABŞ İrandakı əməliyyata gündəlik nə qədər xərcləyir?

600850

ABŞ İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsi üçün gündəlik 900 milyon dollar xərcləyir.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Tun bildirib.
 

“Bu, əhəmiyyətli dərəcədə yüksək məbləğdir, lakin hesab edirəm ki, mövqelərimiz yaxşıdı. Hədəflərimizə nail olacağıq. Bu, yerinə yetirilməsi zəruri olan vacib missiyadır və ümid edirəm ki, tez bir zamanda başa çatacaq”, - o qeyd edib. 


Bundan əvvəl isə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana ilk zərbələrinin 5,6 milyard dollara başa gəldiyini yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin