İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı HƏLAK OLUB - FOTO

Hazırda oxunan: İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı HƏLAK OLUB - FOTO

600774

“İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı. Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin