İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ABŞ Prezidenti Donald Trampın sözünə qulaq asmalı və nüvə silahı yaratmaq planlarından imtina etməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bugünkü brifinqdə deyib.
Nazirin sözlərinə görə İranın yeni lideri “nüvə silahı yaratmağa çalışmamalı” və bunu birbaşa bəyan etməlidir.
Qeyd edək ki, İran Ekspertlər Assambleyası martın 8-də Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Bizim.Media































































































