ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri komitəsinin sədri general Dan Keyn İranla bağlı hərbi əməliyyatlar zamanı Tehranın göstərdiyi müqaviməti şərh edib.
Bizim.Media xəbər verir ki, general bildirib ki, İran qüvvələri döyüşür və bu faktı etiraf etmək lazımdır.
“Onlar döyüşür və mən buna hörmət edirəm. Amma düşünmürəm ki, onlar düşündüyümüzdən daha təhlükəli qüvvədirlər”, — deyə Keyn qeyd edib.
Onun sözlərinə görə, ABŞ hərbi komandanlığı İranın müqavimətini nəzərə alsa da, mövcud vəziyyət onların əvvəlki qiymətləndirmələrindən daha ciddi təhlükə yaratmadığını göstərir.
Bu açıqlama ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda səsləndirilib.
Bizim.Media
































































































