İrana QORXUNC TƏHDİD: “Ən ağır zərbələr bu gün vurulacaq” – VİDEO

Hazırda oxunan: İrana QORXUNC TƏHDİD: “Ən ağır zərbələr bu gün vurulacaq” – VİDEO

600750

“Bu gün ABŞ-ın İrana endirdiyi zərbələr kampaniyanın ən genişmiqyaslı mərhələsi olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bugünkü əməliyyatlar əvvəlkilərlə müqayisədə daha böyük hərbi resursların cəlb edilməsi ilə həyata keçirilir:

“Bu gün ABŞ-ın İrana qarşı zərbələrinin ən genişmiqyaslı günü olacaq. Ən çox qırıcı, ən çox bombardmançı, ən çox zərbə olacaq. Kəşfiyyat məlumatları isə indiyədək olduğundan daha dəqiq və daha keyfiyyətlidir”, – deyə Heqset bildirib.

ABŞ rəsmisi əlavə edib ki, əməliyyatların planlaşdırılması zamanı kəşfiyyat məlumatlarının dəqiqliyinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin