Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin demək olar ki, bütün ərazisini azad edib, yalnız bir neçə yaşayış məntəqəsi qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko bildirib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədində planlı hücum əməliyyatı aparır. Əməliyyat zamanı artıq 400 kvadrat kilometrdən çox ərazi azad edilib.

Komarenko qeyd edib ki, vilayətdə üç kiçik yaşayış məntəqəsinin azad edilməsi və daha iki məntəqədə təmizləmə əməliyyatları qalır
Eyni zamanda o bildirib ki, Rusiya yaz aylarında hücum əməliyyatları planlaşdırır, xüsusilə Zaporojye və Dnepropetrovsk vilayətlərində irəliləməyə çalışa bilər.
Bizim.Media































































































