“Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

Hazırda oxunan: “Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

600662

Məşhur amerikalı aktrisa Şeron Stoun 1990-cı illərdə “Əsas instinkt” filmi ilə dünya şöhrəti qazanaraq dövrün ən məşhur seks-simvollarından birinə çevrildi. Lakin onun həyatı yalnız uğurlarla deyil, ciddi sınaqlarla da yadda qalıb.

Bizim.Media xəbər verir ki, 1958-ci ildə Pensilvaniyada doğulan aktrisa uşaqlıqdan sağlamlıq problemləri ilə üzləşib. Buna baxmayaraq, model kimi karyeraya başlayıb və daha sonra Hollivudda aktrisa kimi tanınıb. “Əsas instinkt” və “Kazino” kimi filmlər ona böyük populyarlıq gətirib.
 

2001-ci ildə isə Stoun ağır insult keçirib və uzun illər reabilitasiya keçməli olub. Bu dövrdə oŞ həm karyerasında, həm də şəxsi həyatında ciddi çətinliklərlə qarşılaşıb – hətta həyat yoldaşı ilə boşanıb və övladının qəyyumluğu uğrunda mübarizə aparıb.


Bütün çətinliklərə baxmayaraq, aktrisa geri çəkilməyib. O, sonrakı illərdə yenidən kino layihələrində çəkilib, xeyriyyə fəaliyyəti ilə məşğul olub və üç övlad böyüdüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin