Pezeşkian Ərdoğana zəng etdi: “Türkiyəyə hücum etməmişik”

Hazırda oxunan: Pezeşkian Ərdoğana zəng etdi: “Türkiyəyə hücum etməmişik”

600625

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, telefon danışığının Pezeşkianın təşəbbüsü ilə baş tutduğu bildirilir.

Pezeşkian İranın Türkiyəyə raket zərbəsi endirməsi ilə bağlı iddiaları təkzib edib.  İran prezidenti bildirib ki, Tehran regionda gərginliyin azalmasına çalışır və Türkiyəyə qarşı hər hansı hücum həyata keçirməyib. Pezeşkian əlavə edib ki, baş verən hadisələrin araşdırılması üçün birgə istintaq qrupunun yaradılmasına hazır olduqlarını Ankara tərəfinə çatdırıb.

Ərdoğan da Ankaranın İranla qarşıdurma niyyətində olmadığını vurğulayıb. O qeyd edib ki, mövcud vəziyyətdə diplomatiya qapılarının açıq saxlanılması hər zamankından daha vacibdir.

Tərəflər söhbət zamanı regionda təhlükəsizlik vəziyyətini və gərginliyin daha da artmaması üçün mümkün addımları müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin