Zelenski hərbi xidmətlə bağlı yeni qanun imzaladı - Bunu mübahisəli hesab edənlər də var

Hazırda oxunan: Zelenski hərbi xidmətlə bağlı yeni qanun imzaladı - Bunu mübahisəli hesab edənlər də var

600613

Ukrayna Prezidenti Volodimir Zelenski müqavilə əsasında xidmət etmiş hərbçilərə hərbi çağırışdan bir il müddətinə möhlət verən qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.
 

Qanuna əsasən, Ukrayna Silahlı Qüvvələrində müqavilə ilə xidmət etmiş 18-25 yaşlı gənclərə səfərbərlikdən birillik möhlət verilir.


Bununla yanaşı, bəzi siyasətçilər qanunu mübahisəli hesab edib. Deputat Mariana Bezuqlaya bildirib ki, əvvəl gənclərə xidmət bitdikdən sonra 25 yaşa qədər səfərbərliyə cəlb olunmayacaqları vəd edilmişdi.

Lakin yeni qaydaya görə, 18 yaşında müqavilə bağlayıb bir il xidmət edən şəxs 25 yaşına çatmadan da çağırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin