“Mən də sizin qədər bezmişəm” - Vens

Hazırda oxunan: “Mən də sizin qədər bezmişəm” - Vens

600598

ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalıların əksəriyyəti kimi siyasətdən yorulduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, Vens bu barədə Beynəlxalq Yanğınsöndürənlər Assosiasiyasına müraciəti zamanı danışıb.

Vitse-prezident yeni seçki marafonuna toxunaraq maraqlı ifadələr işlədib:

“Bir siyasətçi kimi mən də növbəti seçki kampaniyası dövrünə qədəm qoyuram, amma mən də sizin qədər siyasətdən bezmişəm”.
 

Qeyd edək ki, Vensin bu açıqlaması onun vitse-prezident vəzifəsindəki fəaliyyətinin bir ili tamam olduqdan sonra səslənib. Lakin siyasi ekspertlər onun bu “yorğunluğunu” daha çox İranla davam edən müharibə və Vaşinqtondakı daxili gərginliklə əlaqələndirirlər.


Xatırladaq ki, Ohayonu təmsil edən sabiq senator administrasiyanın ən iddialı simalarından biri sayılır. Hətta post-Tramp dövründə onun növbəti ABŞ Prezidenti seçiləcəyi də iddialar sırasında yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin