ABŞ və İsrail bu adanı ələ keçirsə, neft böhranı dərinləşəcək

Hazırda oxunan: ABŞ və İsrail bu adanı ələ keçirsə, neft böhranı dərinləşəcək

600588

ABŞ və İsrail Fars körfəzində İran sahillərindən təxminən 30 kilometr aralıda yerləşən Xarq adasındakı İran limanını ələ keçirsə, bu ölkənin neftinin ixracı dayanacaq, hasilat isə iki dəfə azalacaq. Bu isə Tehranın regional neft infrastrukturuna yeni hücumlara səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “JP Morgan” bankının analitik qeydində bildirilir.
 

Martın 7-də “Axios” nəşri ABŞ administrasiyasının İranın xam neftinin ixracının 90 faizinin emalını təmin edən Xarq adasını ələ keçirmək imkanını müzakirə etdiyini yazıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.


“Birbaşa zərbə İran neftinin ixracının əsas hissəsini dərhal dayandıracaq və bu, böyük ehtimalla Hörmüz boğazında və ya regional enerji infrastrukturuna qarşı ciddi cavab tədbirlərinə səbəb olacaq”, - deyə “JP Morgan” bəyan edib.

İran Neft İxrac Edən Ölkələr Təşkilatında hasilat həcminə görə üçüncü yerdədir və gündə təxminən 3,3 milyon barel xam neft, həmçinin gündə 1,3 milyon barel kondensat və digər maye karbohidrogenlər hasil etməklə dünya neft təchizatının təxminən 4,5 faizini təmin edir.
 

“JP Morgan”ın məlumatına görə, ABŞ-İsrail hücumundan əvvəlki günlərdə İran Xarq adasından neft ixracını kəskin artıraraq rekord səviyyəyə yaxınlaşdırıb. Belə ki, fevralın 15-dən 20-dək gündə 3 milyon bareldən çox neft yola salınıb. Bu, adətən gündə təxminən 1,3–1,6 milyon barel təşkil edən ixrac tempindən demək olar, üç dəfə çoxdur.


Bazar ertəsi Yaxın Şərqdə hasilatın azalması fonunda neftin qiyməti bir barel üçün 119 dollara qədər yüksəlib. Azalma İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin