ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarını təxliyə edir

Hazırda oxunan: ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarını təxliyə edir

600584

ABŞ Dövlət Departamenti İran ətrafında yaranmış münaqişə ilə əlaqədar “ehtiyat tədbiri olaraq” Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarına ailə üzvləri ilə birlikdə təxliyə olunmaları barədə göstəriş verib.

Bizim.Media  xəbər verir ki, göstəriş Türkiyənin cənub məkanı üzərində bir həftə ərzində İrandan atılan ikinci ballistik raketin məhv edilməsi fonunda verilib.

Dövlət Departamenti, həmçinin ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfərdən çəkinməyə çağırıb.
 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün İrandan buraxılmış ballistik raketin məhv edildiyini açıqlayıb. Raket Şərqi Aralıq dənizində dislokasiya olunmuş NATO qüvvələri tərəfindən məhv edilib, onun qalıqları isə Qaziantep vilayətinin cənubunda yerləşən yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.


Hadisə Türkiyə Prezident Administrasiyası tərəfindən kəskin pislənilib.

“Bütün tərəfləri, xüsusilə İranı regional təhlükəsizliyi təhdid edən və mülki əhalini təhlükə qarşısında qoyan hərəkətlərə yol verilməməsinin zəruriliyi barədə bir daha xəbərdar edirik”, – deyə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin