Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu texniki nasazlıq səbəbindən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə Nazirliyi martın 9-u, bazar ertəsi dövlət ərazisində öz vəzifə borclarını yerinə yetirərkən texniki nasazlıq səbəbindən helikopterin qəzaya düşməsi nəticəsində silahlı qüvvələrin iki hərbi qulluqçusunun həlak olduğunu bildirir", - qurumun "X"-dəki bəyanatında qeyd olunub.
Hadisə ilə bağlı əlavə məlumat verilmir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:23 / 09.03.2026
BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu
Hazırda oxunan: BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu
Hazırda oxunan: BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu
600575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































