Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr-narkoloqu Yevgeni Bryun spirtli içki qəbul etdikdən sonra ertəsi gün yanvarın 1-də ruslara ac qalmamalarını tövsiyə edib, çünki bu, ürək problemlərinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Bryunun sözlərinə görə, 1 yanvarda bir çox insan həkimlərin tövsiyələrini dinləmir və aclığa başlayır.
“Yadda saxlayın, buna xüsusi diqqət yetirirəm, ertəsi gün köhnəsinin üzərinə yeni spirt qatmaq çox təhlükəlidir. Bu, alkoqolla və ilk növbədə ürək-damar sistemi ilə əlaqəli müxtəlif xəstəliklərə səbəb olur ” deyə mütəxəssis xəbərdar edib.
Onun fikrincə, nəticədə bu, ürək tutmasına, infarkta və insulta gətirib çıxarır.
Narkoloq alkoqolun depressiyanı sağaltmadığını, arıqlamağa kömək etmədiyini, ancaq kalori əlavə etdiyini xatırladıb.
Yevgeni Bryun alkoqol istehlakından qurtulmanın ən yaxşı yolunun ertəsi gün çoxlu yatmağın, yavaş-yavaş hərəkət etməyin vacib olduğunu vurğulayıb.
Babək Göyüş, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:30 / 22.12.2020
Baş narkoloq ruslara xəbərdarlıq etdi: Yanvarın 1-də...
Hazırda oxunan: Baş narkoloq ruslara xəbərdarlıq etdi: Yanvarın 1-də...
Hazırda oxunan: Baş narkoloq ruslara xəbərdarlıq etdi: Yanvarın 1-də...
6005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.