Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayid Əl Nəhyan İranın hücumları nəticəsində yaralanan şəxsləri ziyarət edərkən ölkənin hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, BƏƏ mediasının məlumatına görə, Əl Nəhyan xəstəxanada 5 yaralı ilə görüşüb. Onların hamısının mülki şəxslər olduğunu bildirən prezident yaralılar arasında iki BƏƏ vətəndaşı, bir hindistanlı, bir sudanlı və bir iranlı olduğunu qeyd edib.
Əl Nəhyan çıxışında ölkəsinin təhlükəsizliyini qorumaqda qərarlı olduqlarını vurğulayaraq deyib:
“Biz müharibə vəziyyətindəyik. Öz vəzifəmizi yerinə yetirəcəyimizə söz verirəm. Bu vəziyyət bizə məcbur edilib. Özümüzü, xalqımızı və ölkəmizi qorumaq üçün bunu edirik.”
Prezident həmçinin ordunun və təhlükəsizlik qüvvələrinin fəaliyyətinə görə təşəkkür edib və onların ölkəni qorumaqda mühüm rol oynadığını bildirib.
BƏƏ lideri ölkəsinin rəqiblərinə də mesaj göndərərək qeyd edib ki, BƏƏ gözəl və cəlbedici ölkədir, lakin zəif deyil və ölkənin təhlükəsizliyinə qarşı yönələn hər hansı addıma qarşı cavab veriləcək.
Bizim.Media




























































































