Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq.
Bizim.Media xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz.
Van İ qeyd edib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.
O vurğulayıb ki, Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.
“Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə Çin XİN rəhbəri bildirib.
Bizim.Media





























































































