Navalni işi ilə əlaqədar planlaşdırılan sanksiyalara cavab gəlib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Kreml Almaniyanın hökumət aparatının üzvlərinə Rusiyaya giriş qadağası qoyub. Məlumatı Almaniyanın Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, Rusiyanın qadağa siyahısına daxil olan aparat üzvlərinin adları Berlinə təqdim olunmayıb.
Qeyd edək ki, Aleksey Navalni Rusiyanın müxalifət liderləri və Putinin ən qatı əleyhdarlarından hesab olunur. O, 2013-cü ildə 5 il, 2014-cü ildə isə, əlavə olaraq 3 il 6 ay şərti həbs cəzasına məhkum edilib. 2020-ci ildə komaya düşüb. Yaxın ətrafı isə, kimlərinsə onu qəsdən zəhərləndiyinə inanır.
Avqustun 28-də “Charite” klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji laboratoriyasından kömək istəyiblər.
Sentyabrın 7-si komadan ayılan Navalni sentyabrın 23-ü Berlinin “Şarite” klinikasından evə buraxılıb. Müxalifət lideri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarətindədir.
Bunu Rusiya lideri sonuncu mətbuat konfransında suallardan birini cavablandırarkən açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:18 / 22.12.2020
Almaniyanın hökumət üzvləri Rusiyaya buraxılmayacaq
Hazırda oxunan: Almaniyanın hökumət üzvləri Rusiyaya buraxılmayacaq
Hazırda oxunan: Almaniyanın hökumət üzvləri Rusiyaya buraxılmayacaq
6003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.