Norveçdəki ABŞ səfirliyində partlayış oldu

Hazırda oxunan: Norveçdəki ABŞ səfirliyində partlayış oldu

600288

Norveçin paytaxtı Oslo şəhərində yerləşən ABŞ səfirliyi binasında partlayış səsi eşidilib.

Bizim.Media  xarici KİV-ə istinadən xəbər verir ki, polis partlayışın yerli vaxtla saat 01:00 radələrində olduğunu bildirib.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölüm və ya xəsarət alan yoxdur.
 

Polis sözçüsü Mikael Dellemir NRK-ya açıqlamasında deyib ki, partlayış səfirliyin konsulluq bölməsində baş verib və kiçikdağıntıya səbəb olub.


Partlayışdan sonra binadan tüstü qalxdığı müşahidə olunub.

Polisin səfirliklə əlaqə saxladığı bildirilir. Partlayışın səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin