Rəsmi Tehran qonşu ölkələri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməməyə ÇAĞIRDI

Hazırda oxunan: Rəsmi Tehran qonşu ölkələri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməməyə ÇAĞIRDI

600242

İran Xarici İşlər Nazirliyi qonşu ölkələri İslam Respublikasına qarşı hərbi əməliyyatlarda iştirak etməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazirlik bəyanat yayıb.

Qeyd edilib ki, bəzi ölkələrin öz ərazilərini və resurslarını İrana qarşı hərbi əməliyyatlarda istifadə etməyə cəhd etməsi narahatlıq doğurur.

Bəyanatda vurğulanır ki, İslam Respublikası BMT Nizamnaməsinə uyğun olaraq özünü müdafiə hüququna sahibdir və ölkənin suverenliyini pozan “hər hansı təcavüzkara” qarşı bu hüququ tətbiq edəcək.

Həmçinin bəyanatda İranda qonşularla qarşılıqlı hörmət, yaxşı qonşuluq prinsipləri və ərazi bütövlüyü əsasında dostluq münasibətlərinin qorunmasına sadiqlik xüsusi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin