Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

Hazırda oxunan: Üç saat ərzində İrandan 210 nəfər TƏXLİYƏ OLUNDU

600104

Bu gün saat 18:00-dan 21:00-dək Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə ümumilikdə 210 nəfər təxliyə olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır.

Onların arasında 2 nəfər Azərbaycan vətəndaşı (2 diplomat), 18 nəfər Rusiya vətəndaşı (3 diplomat), 31 nəfər Çin, 6 nəfər Birləşmiş Krallıq, 5 nəfər Kanada, 24 nəfər Pakistan, 30 nəfər Tacikistan vətəndaşı var.

Bundan əlavə, 1 nəfər Türkiyə, 1 nəfər Qazaxıstan, 3 nəfər Çexiya (3 diplomat), 4 nəfər Özbəkistan, 2 nəfər Kipr, 2 nəfər Belçika, 6 nəfər Şri-Lanka, 12 nəfər Oman, 1 nəfər Latviya, 4 nəfər Küveyt, 4 nəfər Bəhreyn, 1 nəfər İsveçrə, 5 nəfər İran, 1 nəfər Misir, 1 nəfər Avstraliya, 1 nəfər Gürcüstan, 3 nəfər Finlandiya, 10 nəfər Konqo və 32 nəfər İndoneziya vətəndaşı sərhədi keçib.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin