Rusiya hərbçiləri 1-ci Qvardiya Tank Ordusunun texnikasını Voronej yaxınlığındakı poliqondan Ukrayna sərhədlərinə aparır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Münaqişələrin Kəşfiyyat Qrupu (Conflict Intelligence Team - CIT) yayıb.
Təhlilçilərin fikrincə, son günlər Voronej ətrafındakı Maslovka stansiyasında hərbi texnika ilə bağlı bir neçə video çəkilib. Texnika stansiyanın yaxınlığında görünüb. Videoların birində Msta-S özüyeriyən artilleriya qurğuları və T-80U tankları olan bir qatar yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna sərhədində gərginlik azalmır - Masanın üstündə 3 ssenari var
Ukrayna sərhədindən 15 km aralıda Belqorod vilayətinin Vesela Lopan şəhərində də T-80U tankları aşkarlanıb. CIT yazır ki, onlar Moskva vilayətindən gətirilib.
“Sərhədə doğru texnikaların bu cür irəliləməsi ABŞ kəşfiyyatının gələn həftə Ukraynaya qarşı iddia edilən əməliyyat və xarici səfirliklərin Kiyevdən boşaldılması ilə bağlı xəbərdarlıqları fonunda xüsusi narahatlıq doğurur”, - analitiklər bildirib.
Avropa və ABŞ hesab edir ki, Rusiya tezliklə Ukraynaya təcavüzə başlaya bilər. Bir çox Qərb ölkələri öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Bizim.Media