Rusiya və Çin kosmosu birgə araşdıracaq

Hazırda oxunan: Rusiya və Çin kosmosu birgə araşdıracaq

59996
Rusiya və Çin kosmosun birgə araşdırılması ilə bağlı layihələri müzakirə edir.
 
 İTAR TASS-a istinadən xəbərə görə, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verib.
 
Onun sözlərinə görə, hər iki ölkə kosmosda aktiv əməkdaşlıq edir və kosmik məkanda araşdırma aparmaq üçün birgə layihələrin üzərində işləyirlər.
 
“Noyabrda beynəlxalq avia-kosmik sərgisində iştirak etmək üçün “Roskosmos”un və raket-kosmik sənayesinin rəsmiləri nümayəndə heyəti Çinə yola düşəcəklər. Onlar Çin sənayesinin nümayəndələri ilə konkret layihələrlə bağlı müzakirələr aparacaqlar”, - Roqozin deyib. (axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin