Bu da uçan maşın - VİDEO

Hazırda oxunan: Bu da uçan maşın - VİDEO

59991
Dünya uçan maşına bir addım daha yaxınlaşdı.Məlumata görə, uçan maşın Avstryanın paytaxtı Vyanada nümayiş edilib. Belə ki, bu şəhərdə "Piooners" (Öncülər) adlı elm festivalı keçirilib. 

Festivalda nümayiş edilən maşın həm quruda, həm də havada hərəkət edə bilir. 

Slovak bir şirkətin istehsal etdiyi maşın işi ilə bağlı daima səyahət etməyə məcbur olanlar üçün idealdır. 

Maşın havada saatda 200 km sürət yığa bilir. 4 saat havada qala bilmək qabiliyyətinə malik yenilik 700 km yol qət edə bilir. Uça bilən idman üslubundakı maşının qurudakı sürəti isə saatda 140 km-dir. 

Yenilik "AeroMobil 3.0" adlandırılıb. (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin