Ukraynada yeni “Pörl Harbor” ideyası – Münasibət

Hazırda oxunan: Ukraynada yeni “Pörl Harbor” ideyası – Münasibət

5999

Krım və Donbasın azad olunması istiqamətində Ukrayna üçün yeni strategiya təklif olunub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ukraynalı politoloq Zonoviy Svereda Kiyev hökumətinə yeni ideya ilə çağırış edib.

Politoloqun fikrincə, Krım və Donbasın azad olunması üçün təzə strategiya hazırlanmalıdır. Belə ki, Zinoviy Svereda Rusiya donanmasına qarşı yeni “Pörl Harbor” yaşatmağın ən optimal variant olduğunu deyib.

“Ria Novosti”nin Kremldəki etibarlı mənbələrinin məsələyə münasibəti isə belə olub ki, “ideya müəllifi təcavüzkar düşüncədədir.

Çünki Pörl Harbor strategiyasını təklif etmək II Dünya Müharibəsini başladan ölkələrdən biri kimi düşünməkdir”.

Xatırladaq ki, 1941-ci il dekabrın 7-də səhər saatlarında Yaponiyanın hərbi donanması ABŞ-ın Havayda yerləşən Pörl Harbor hərbi dəniz bazasına xəlvət hücum edib.

Qəfil hücum amerikalıların ağır itkilər verməsi ilə nəticələnib. 2403 nəfər həyatını itirib, 1178 nəfər yaralanıb. Bombardman zamanı 188 təyyarə, beş döyüş gəmisi, bir minadan müdafiə və üç məhvetmə sistemi ya batırılıb, ya da sıradan çıxarılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin