ABŞ öz səfirliyini Kiyevdən Lvova köçürür – Kanada da bu addımı atıb

Hazırda oxunan: ABŞ öz səfirliyini Kiyevdən Lvova köçürür – Kanada da bu addımı atıb

59988

Təxliyə dalğasından sonra Ukraynada qalan ABŞ səfirliyinin diplomatik əməkdaşları işləmək üçün Lvova köçəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə “European Pravda”ya ABŞ diplomatik xidmətindəki həmsöhbət bildirib.

Məlumata görə, köçmək qərarı təhlükəsizlik baxımından təcili olaraq qəbul edilib. Bazar günü olmasına baxmayaraq köçmək prosesi hazırda da davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Departamenti Kiyevdəki səfirliyin əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyi əmr etdi


Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü “Bu, müvəqqəti həll yoludur, təhlükəsizlik imkan verən kimi səfirlik komandası Kiyevə qayıdacaq”.

ABŞ Kiyevdəki səfirliyin işinin nə vaxt bərpa olunacağını bilmir.

"Səfirliyin əsas komandası, şöbə müdirləri və s. Lvovda işləyəcək", - mənbə bildirib. Müvəqqəti işlər vəkili Kristina Kvin də Lvova köçür.

Həmsöhbət vurğulayıb ki, Kiyevdəki səfirlik binası bu qərara baxmayaraq, “tərk edilmiş vəziyyətdə qalmayacaq”, texniki heyət orada işləyəcək,  o cümlədən binanın təhlükəsizliyi təmin ediləcək.

Kanada səfirliyini də Kiyevdən Lvova köçürüb.

Eyni zamanda, ukraynalı hərbi ekspertlər Rusiyanın Kiyevə hərbi hücum ehtimalının az olduğunu deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin