Yaxın Şərqə 23 mindən çox təyyarə reysi ləğv edilib

Hazırda oxunan: Yaxın Şərqə 23 mindən çox təyyarə reysi ləğv edilib

599859

Fevralın 28-dən bəri Yaxın Şərq ölkələrinə 23 mindən çox təyyarə reysi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi “Cirium” analitik şirkətinə istinadla yayıb. 

Məlumata görə, aviaşirkətlər region ölkələrinə və Yaxın Şərqdən 36 min uçuş həyata keçirməyi planlaşdırmışdılar.

Lakin təyyarə reyslərinin yarıdan çoxu ləğv edilib. Baş tutmayan uçuşlarla səyahət edə biləcək sərnişinlərin sayı təxminən 4,4 milyon nəfərdir.
 

“Bloomberg”, həmçinin qeyd edib ki, hazırda İsrail, Küveyt, Suriya, İraq, İran, Bəhreyn və Qətərdə hava məkanları bağlıdır. İordaniya və BƏƏ üzərində hava məkanı qismən bağlanıb.


Səudiyyə Ərəbistanı isə körfəz bölgəsində və İraq sərhədi boyunca uçuşlara məhdudiyyətlər tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin