Malayziyada Air Asia aviaşirkətinə məxsus sərnişin təyyarəsi kabinədəki ilana görə təcili eniş edib. Məqsəd göyərtəni dezinfeksiya etmək olub.
Bizim.Media “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı NPR nəşri yayıb.
“AirAsia cümə axşamı Kuala Lumpurdan Tavauya uçan təyyarədə Malayziyada baş vermiş insidentdən xəbərdardır. Baş pilot insidentdən xəbər tutan kimi təyyarə Kuçinq hava limanına doğru hərəkət edərək dezinfeksiya üçün təcili eniş edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada sərnişin təyyarəsini ildırım vurdu
Bu, hər hansı bir uçuşda baş verə biləcək çox nadir hadisədir”, - aviaşirkətin baş təhlükəsizlik zabiti bildirib.
Şirkətin əməkdaşları ilanın salona necə girdiyini öyrənə bilməyiblər. O, oturacaqlara tərəf getməyib, ona görə də heç kim zərər çəkməyib. Sərnişinlərə başqa layner verildiyi və onlar həmin gün təyinat yerinə çata bildiyi bildirilir.
Bizim.Media