İran Tehran yaxınlığında səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabia söyləyib.
“Vətəndaşlığa görə ayrıseçkilik edilmədən beynəlxalq normalara uyğun olaraq kompensasiya ödənilməlidir”, - deyə o əlavə edib.
Rabianın sözlərinə görə, təzminat səhvən vurulmuş təyyarə ilə bağlı qanuni icraatı və cinayət məsuliyyətini ləğv etmir.
Bizim.Media