İrana müasir silahlar göndərməliyik - Kolesnik

Hazırda oxunan: İrana müasir silahlar göndərməliyik - Kolesnik

599784

Rusiya İrana hərbi və digər zəruri yardım göstərəcək, çünki ölkələr arasında müqavilə var və bu, onların öz təhlükəsizliyi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

O bildirib ki, Rusiya münaqişə zonasına qoşun göndərməyəcək, lakin hərbi texnika və təyyarələr göndərə bilər:

“Bu, yüksək rəhbərlik tərəfindən qərarlaşdırılacaq. Görün Yaxın Şərqdəki münaqişəyə dərhal neçə ölkə cəlb edildi? Ölkəmiz İranın məhv olmasına icazə verə bilməz. S-300 sistemlərimiz artıq orada mövcuddur. Düşünürəm ki, ora daha müasir bir silah göndərə bilərik. Bu, ölkənin ali rəhbərliyinin səlahiyyətidir”.
 

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.


İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin