ABŞ-ın zərbəsindən sonra İran freqatı batıb: 80 ölü var – TƏFƏRRÜAT

Hazırda oxunan: ABŞ-ın zərbəsindən sonra İran freqatı batıb: 80 ölü var – TƏFƏRRÜAT

599783

Hind okeanında İranın IRIS Dena freqatının batması nəticəsində azı 80 nəfər həlak olub. 

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, gəmi ABŞ-a məxsus sualtı qayığın buraxdığı torpedo zərbəsindən sonra batıb.
 

Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, indiyədək 32 nəfər xilas edilib. Ölkənin xarici işlər naziri bildirib ki, çərşənbə günü ilk yardım siqnalı daxil olan zaman gəminin göyərtəsində 180 nəfər olub.


ABŞ-ın müdafiə naziri Pit Hegset çərşənbə günü açıqlamasında ABŞ-a məxsus sualtı qayığın beynəlxalq sularda İran hərbi gəmisini batırdığını təsdiqləyib.

Hegset Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi xilasetmə əməliyyatını birbaşa qeyd etməsə də, onun təsvir etdiyi hücumun baş verdiyi yerin xilasetmə əməliyyatının aparıldığı ərazi ilə uyğun gəldiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin