SON DƏQİQƏ: Livandan İsrailə bir neçə PUA buraxıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Livandan İsrailə bir neçə PUA buraxıldı

599670

İsrailin Livan sərhədi yaxınlığında yerləşən Qalileya bölgəsində pilotsuz uçuş aparatlarının mümkün hücumu ilə bağlı həyəcan siqnalı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Times of Israel yayıb.

Məlumata görə, martın 4-də Livandan İsrailin şimal bölgələrinə bir neçə pilotsuz uçuş aparatı buraxılıb. İsrail Müdafiə Ordusu (SAXAL) hücuma görə məsuliyyətin “Hizbullah”ın üzərinə düşdüyünü bildirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu nəticəsiz başa çatdıqdan sonra ABŞ İran yaxınlığında hərbi mövcudluğunu gücləndirib. ABŞ Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
 

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ prezidenti Donald Tramp administrasiyası dövründə baş tutan görüş vəziyyətin diplomatik yolla həlli üçün son şans kimi qiymətləndirilirdi. Lakin konkret razılaşma əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini sökməkdən və nüvə proqramına müddətsiz məhdudiyyətlər qoymaqdan imtina edib.


Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qarşı hava zərbələrinə başlayıb. Həmin hücumlar nəticəsində İranın ali dini lideri ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri həlak olub.

Bundan başqa, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdolrəhim Musəvi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali liderin müşaviri və Müdafiə Şurasının katibi Əli Şamxani, eləcə də müdafiə naziri Əziz Nasirzadə də zərbələr zamanı öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin