Vens: “Əvvəllər ABŞ-ın "sükanı arxasında" axmaq prezidentlər olub”

Hazırda oxunan: Vens: “Əvvəllər ABŞ-ın "sükanı arxasında" axmaq prezidentlər olub”

599650

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, əvvəllər ABŞ-a “axmaq prezidentlər” rəhbərlik edib.

Bizim.Media xəbər verir ki, Vens bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, o, Yaxın Şərqdə 25 il davam edən münaqişələrdən yorulan amerikalıların hisslərini yaxşı anlayır və onların narahatlığını bölüşür.
 

“Amma fərq ondadır ki, o zaman ölkəmizin sükanı arxasında axmaq prezidentlər dayanırdı”, – deyə Vens bildirib.


Daha əvvəl xəbər verilmişdi ki, o, ABŞ-ın İranda apardığı hazırkı əməliyyatın İraq və Əfqanıstandakı hərbi əməliyyatlardan fərqli olduğunu düşünür və bunun illərlə davam etməyəcəyinə əmindir.

“Fərq ondadır ki, prezident məqsədi aydın şəkildə müəyyən edib və Donald Tramp heç vaxt ölkənin konkret nəticə və dəqiq məqsəd olmadan uzunmüddətli münaqişəyə cəlb olunmasına imkan verməyəcək”, – deyə o vurğulayıb.

Vitse-prezident deyib ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
 

“Tramp məqsədi belə müəyyən edib: İran nüvə silahına sahib ola bilməz və nüvə potensialını heç vaxt bərpa etməyəcəyinə dair uzunmüddətli öhdəlik götürməlidir”, – deyə Vens bildirib.


O, həmçinin qeyd edib ki, Tramp İranın nüvə silahı yaratmağa hazır olduğunu anlayırdı və buna görə də “milli təhlükəsizliyi qorumaq üçün” tədbirlər görmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin