ABŞ-ın ticarət naziri Hovard Lutnik və milyarder Bill Qeyts “Ceffri Epşteyn işi” üzrə Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verəcəklər.
Bizim.Media xəbər verir ki, komitə sədri Ceyms Komerin sözlərinə görə, Bill Qeytsin iştirakı ilə dinləmələr mayın 19-da Vaşinqtonda keçiriləcək. Ticarət naziri Hovard Lutnikin isə komitə iclasında könüllü iştirak edəcəyi gözlənilir.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə hər iki şəxsin adı hallanır. Bill Qeyts daha əvvəl Ceffri Epşteynlə əlaqələrinə görə təəssüfləndiyini bildirmiş, Hovard Lutnik isə onunla tanış olduğunu, lakin əlaqələrinin illər əvvəl kəsdiyini demişdi.
Qeyd edək ki, azyaşlıların istismarında ittiham olunan yəhudi əsilli maliyyəçi Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-Yorkda saxlanılıb. Həmin ilin avqustunda həbsxanada intihar etdikdən sonra ona qarşı açılan cinayət işi bağlanıb.
Bizim.Media































































































