Rəsmi Kiyevdən hava məkanının bağlanması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rəsmi Kiyevdən hava məkanının bağlanması ilə bağlı AÇIQLAMA

59962

Xəbər verdiyimiz kimi, Ukraynanın hava məkanı Qərb sığorta şirkətlərinin hərəkətləri səbəbindən fevralın 14-dən faktiki olaraq bağlanacaq.

Bu barədə Strana.ua mənbələrə istinadən informasiya yayıb.

Nəşrin həmsöhbəti qeyd edib ki, digər beynəlxalq şirkətləri təkrar sığorta edən Britaniyanın ən böyük sığortaçıları bütün dünya təyyarə sahiblərinə Ukraynada bütün təyyarələr üçün sığorta təminatının 48 saat ərzində fəaliyyətini dayandıracağı ilə bağlı rəsmi mesaj göndəriblər.

Bizim.Media xəbər verir ki, rəsmi Kiyev bu informasiyaya öz münasibətini bildirib. 

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko özünün Facebook səhifəsində “Ukrayna üzərində səma açıqdır, səlahiyyətlilər hava məkanını bağlamaq qərarına gəlməyiblər” ifadəsini yazıb.

Onun sözlərinə görə, EASA (Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi) Ukraynanın hava məkanında uçuşların məhdudlaşdırılması ilə bağlı tövsiyələr verməyib:

“Biz fərziyyələrdən deyil, faktlardan istifadə edirik. Əksər aviaşirkətlər heç bir məhdudiyyət olmadan öz işlərinə davam edirlər. Bəs onda nə baş verir? Bəzi aviaşirkətlər sığorta bazarlarına görə çətinliklərlə üzləşiblər. Sərnişinlər bu narahatlıqla bağlı hiss etməmək üçün bu gün infrastruktur naziri ilə birlikdə Dövlət Xidmətinin, Borispol Hava Limanı və Ukrayna aviaşirkətlərinin rəhbərliyi ilə görüşüblər. Xülasə, Ukrayna aviadaşıyıcıları dəstəkləməyə hazırdır, yaxın gələcəkdə lazımi hökumət qərarlarının qəbuluna başlanacaq. Biz beynəlxalq tərəfdaşlarla da işimizi davam etdirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin