ABŞ-də qalmaqal: İstifadəçilər ChatGPT-ni silərək Claude-a keçirlər

Hazırda oxunan: ABŞ-də qalmaqal: İstifadəçilər ChatGPT-ni silərək Claude-a keçirlər

599535

ABŞ-da süni intellekt sahəsində qalmaqal yaranıb. Bir sıra istifadəçilər ChatGPT xidmətini tərk edərək Anthropic şirkətinin hazırladığı Claude çat-botuna keçməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, buna səbəb OpenAI şirkətinin ABŞ Müdafiə Nazirliyi ilə bağladığı müqavilə olub.

Müqaviləyə əsasən, ChatGPT modellərinin bəzi versiyalarının dövlət qurumlarının qapalı sistemlərində istifadə olunması nəzərdə tutulur. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
 

İstifadəçilərin bir hissəsi hesab edir ki, süni intellekt texnologiyalarının hərbi məqsədlərlə tətbiqi etik problemlər yaradır. Buna etiraz olaraq sosial şəbəkələrdə “Cancel ChatGPT” və “#QuitGPT” kimi kampaniyalar yayılıb. Nəticədə ChatGPT tətbiqinin silinməsi halları kəskin artıb.


Eyni vaxtda rəqib platforma olan Claude böyük populyarlıq qazanıb və ABŞ-da Apple App Store-da pulsuz tətbiqlər arasında birinci yerə yüksəlib. Anthropic şirkətinin rəhbərliyi isə əvvəllər ABŞ hökumətinin bəzi hərbi tələblərini qəbul etmədiyini bildirmişdi ki, bu da istifadəçilər arasında onun nüfuzunu artırıb.

Ekspertlərin fikrincə, bu hadisə süni intellekt texnologiyalarının gələcəkdə necə və hansı sahələrdə istifadə olunacağı ilə bağlı daha geniş etik müzakirələrin başlanmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin