Süveyş kanalı yenidən risk altında - Misir keçid rüsumlarından 9 milyard dollar itirib

Hazırda oxunan: Süveyş kanalı yenidən risk altında - Misir keçid rüsumlarından 9 milyard dollar itirib

599471

Regionda baş verən son hadisələr fonunda gəmiçilik şirkətləri yenidən Süveyş kanalı ilə hərəkətdən çəkinməyə başlayıblar. “A.P. Moller – Maersk”, “Hapag-Lloyd” və “CMA CGM” şirkətləri kanal vasitəsilə keçidi dayandırdıqlarını və marşrutlarını alternativ istiqamətlərə yönəltdiklərini elan ediblər. Onları daha çox narahat edən Yəməndə husilərin yendiən gəmilərə hücum edəcəyi ilə bağlı ehtimallardır.

Bizim.Media “Bloomberg – Şərq” agentliyinə istinadla xəbər verir ki, bu addımlar qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan və Misir iqtisadiyyatının əsas dayaqlarından biri hesab edilən mühüm su yolunun tezliklə bərpasına olan ümidləri puça çıxarıb.

Ötən ilin sonlarında Maersk və digər gəmiçilik şirkətləri Süveyş kanalından istifadəni bərpa edəcəklərini bildirmişdilər.

Rəsmi Qahirənin hesablamalarına görə, husilərin Qəzzadakı müharibə ilə əlaqədar İsrailə təzyiq göstərmək məqsədilə beynəlxalq gəmiləri hədəfə alması nəticəsində Misir potensial keçid rüsumlarından təxminən 9 milyard dollar itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin