İsrail polisi Təl-Əvivdə, Kirya bölgəsində yerləşən İsrail Müdafiə Ordusunun (SAXAL) hərbi qərargahı yaxınlığında canlı yayım aparan iki türk jurnalisti saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Times of Israel” nəşri yayıb.
Məlumata görə, türk dilli xəbər kanalı üçün çalışan reportyor və operator İranın Təl-Əviv və ölkənin mərkəzi hissəsinə növbəti raket zərbəsindən sonra hadisə yerinin yaxınlığında çəkiliş aparıblar.
Canlı yayım zamanı özlərini hərbçi kimi təqdim edən iki nəfər jurnalistlərə yaxınlaşıb və reportyorun telefonunu əlindən alıb.
Polis bildirib ki, xarici KİV üçün real vaxt rejimində çəkiliş aparan, kameralarla təchiz edilmiş iki şübhəli şəxs barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərdən şəxsiyyətlərini təqdim etməyi tələb etdikdə, onların vaxtı keçmiş akkreditasiyalar göstərdikləri və bunun ardınca dindirilmək üçün saxlanıldıqları bildirilib.
Türkiyə hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran saxlanmanı mətbuata qarşı hücum adlandırıb və jurnalistlərin azad edilməsi istiqamətində addımlar atıldığını bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 03.03.2026
Təl-Əvivdə Baş Qərargah binası yaxınlığında reportaj aparan iki türk jurnalist TUTULDU
Hazırda oxunan: Təl-Əvivdə Baş Qərargah binası yaxınlığında reportaj aparan iki türk jurnalist TUTULDU
Hazırda oxunan: Təl-Əvivdə Baş Qərargah binası yaxınlığında reportaj aparan iki türk jurnalist TUTULDU
599470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































