“Xameneinin oğlu sağdır” - İran KİV

Hazırda oxunan: “Xameneinin oğlu sağdır” - İran KİV

599467

İranın ABŞ-İsrail hücumunda öldürülmüş Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei sağdır.

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 65 yaşlı Müctəba Xamenei hazırda İranda mühüm dövlət işlərinin icrası ilə məşğuldur.

Qeyd edək ki, Əli Xameneinin üç oğlu qalıb: Mustafa, Məsud və Meysəm (ən kiçiyi).

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin