SON DƏQİQƏ! Tramp İranla danışıqlardan imtina etdi – FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! Tramp İranla danışıqlardan imtina etdi – FOTO

599463

ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib.

Bizim.Media xəbər verir ki, o bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Prezident qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi "məhv edilib".

"Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!", - Tramp yazıb.

Xatırladaq ki, Tramp daha əvvəl İran rəsmilərinin danışıqlar üçün ona müraciət etdiyini bildirmişdi. Lakin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi Tehranın ABŞ-la heç bir danışıqlara getməyəcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin