ABŞ və İsrail yenidən Tehrana hücum edib.
Bizim.Media xəbər verir ki, hücumun görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:43 / 03.03.2026
İsrail Tehranı vurdu – YENİ VİDEO
Hazırda oxunan: İsrail Tehranı vurdu – YENİ VİDEO
Hazırda oxunan: İsrail Tehranı vurdu – YENİ VİDEO
599451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































