Xameneinin oğlu ali lider postuna hazırlanır?

Hazırda oxunan: Xameneinin oğlu ali lider postuna hazırlanır?

599411

Ayətullah Əli Xamenei öldürüləndən sonra İran İslam Respublikasının ali lider postu boşalıb.

İranda Prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Şeyx Möhsün Ejei və Ayətullah Əlirza Ərafidən ibarət Müvəqqəti Rəhbərlik Şurası yaradılıb. “Xameneinin yerinə kim gələcək” isə aktual olaraq qalır.

Bizim.Media xəbər verir ki, Qətərin “Əl Cəzirə” telekanalı İranda rəhbərliyə gələ biləcəyi ehtimal olunan şəxslərin adlarını açıqlayıb.

Namizədlər sırasında adı qeyd olunan Həsən Xomeyninin (İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi - red.) ali rəhbər seçilmə şansı çox aşağı qiymətləndirilir.

Ekspertlərin fikrincə, o, dövlət vəzifələrində çalışmayıb və bu səbəbdən İranın təhlükəsizlik qüvvələri və ya hakim elitası üzərində az təsirə malikdir. Həsən Xomeyni İranda bir çoxlarından daha az radikal fiqur hesab olunur.

Ali rəhbər postuna ən güclü namizəd kimi Ayətullah Əli Xameneinin ikinci oğlu Müctəba Xameneinin adı hallanır.

Qeyd olunur ki, 56 yaşlı Müctəba Xamenei hələ atasının sağlığında əhəmiyyətli təsir rıçaqlarına sahiblənib. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu bildirilir.

İddialara görə, hazırda İranı SEPAH idarə edir, SEPAH üzərində mütləq nəzarət isə Müctəba Xameneinin əlindədir. Məlumatlara görə, SEPAH daxilində əsas şəbəkə Müctəba Xameneiyə sadiqdir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin