“İran 11 nüvə bombası istehsal edə bilər” – SENSASİON AÇIQLAMA – VİDEO

Hazırda oxunan: “İran 11 nüvə bombası istehsal edə bilər” – SENSASİON AÇIQLAMA – VİDEO

599398

“İlk danışıqlarda hər iki İran nümayəndəsi birbaşa və açıq şəkildə 460 kiloqram uranın 60%-ə qədər zənginləşdirildiyini və bunun 11 nüvə bombası istehsalına kifayət edə biləcəyini dedi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof “Fox News” telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, İran nümayəndələri bununla fəxr etdiklərini gizlətməyiblər və bu məlumat danışıqların başlanğıc mövqeyi kimi təqdim olunub.

Uitkofun sözlərinə görə, İran bu səviyyəyə çatmaq üçün bir sıra nəzarət protokollarından yayınıb və buna görə öz nailiyyətlərini önə çəkərək fəxr edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin