ABŞ Bəhreyn, İraq və İordaniyadan səfirlik əməkdaşlarını təxliyə edir

Hazırda oxunan: ABŞ Bəhreyn, İraq və İordaniyadan səfirlik əməkdaşlarını təxliyə edir

599357

ABŞ Dövlət Departamenti Bəhreyn, İraq və İordaniyadakı səfirliklərdə fəaliyyəti həyati əhəmiyyət daşımayan əməkdaşların təxliyəsi barədə göstəriş verildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Reuters-in qeyd etdiyinə görə, qərar İranla münaqişə fonunda risklərin monitorinqi əsasında qəbul edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyata başlayıb.

Zərbələr paytaxt Tehran və ölkənin iri şəhərlərini hədəf alıb. Hücumlardan dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib.

Məlumatlara əsasən, İran tərəfindən İsrailə, eləcə də ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

İsrail və ABŞ-ın zərbələri nəticəsində İranın Ali lideri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxslərinin də öldürüldüyü bildirilib.

Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu bəyan edib. İsrail isə təşkilata qarşı hücum əməliyyatının başlandığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin