Fars körfəzi ölkələrinin elitası həftəsonu İran tərəfindən Əbu-Dabi, Dubay, Qətər və Bəhreyn ərazilərinə endirilən raket və pilotsuz uçuş aparatları zərbələrindən sonra regionu tələsik tərk etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Semafor nəşri yazıb.
Məlumata görə, təxliyə üçün yeganə açıq qalan marşrut Səudiyyə Ərəbistanı üzərindən həyata keçirilir.
Mənbələrin bildirdiyinə əsasən, özəl mühafizə şirkətləri insanları Dubaydan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə çatdırmaq üçün yolsuzluq avtomobillərindən ibarət karvanlar təşkil edir. Səhradan keçən və təxminən 10 saat davam edən yol hazırda döyüş zonasını tərk etmək istəyənlər üçün yeganə quru marşrutu sayılır.
Təxliyə olunanlar arasında beynəlxalq maliyyə şirkətlərinin aparıcı menecerləri, eləcə də regiona istirahət və ya işgüzar səfərlə gəlmiş varlı turistlər var.
Təcili çıxışa artan tələbat qiymətlərə də təsir edib.
“Vimana Private” broker şirkətinin baş icraçı direktoru Amirxa Naran bildirib ki, Ər-Riyaddan Avropaya özəl aviareyslərin qiyməti 350 min dollara qədər yüksəlib. Onun sözlərinə görə, hazırda regionu tərk etmək istəyənlər üçün Səudiyyə Ərəbistanı yeganə təhlükəsiz çıxış yoludur.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Ekspertlər turistlərə səfər planlaşdırarkən təhlükəsizlik risklərini diqqətlə qiymətləndirməyi və rəsmi məlumat mənbələrini izləməyi tövsiyə edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:42 / 03.03.2026
İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir
Hazırda oxunan: İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir
Hazırda oxunan: İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir
599353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































